“İnter”in qapıçısı Xosep Martines əlil arabasında olan yaşlı kişini vuraraq ölümünə səbəb olduğu üçün 7 ilədək həbs cəzası ala bilər.
Publika.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Komo prokurorluğu ehtiyatsızlıqdan adam öldürmə faktı üzrə araşdırmaya başlayıb və faciənin detalları dəqiqləşdirilir. Versiyalardan birinə əsasən, 81 yaşlı kişi səhhətinin qəfil pisləşməsi səbəbindən arabasının istiqamətini dəyişib və yola çıxıb, bu da qəzanın baş verməsinə gətirib çıxarıb.
İtaliya Cinayət Məcəlləsinə görə, ispaniyalı qapıçıya 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Hadisə oktyabrın 28-i səhər baş verib. Avtomobilin vurduğu yaşlı kişi futbolçu və tibbi personalın göstərdiyi ilk yardıma baxmayaraq, hadisə yerində dünyasını dəyişib.