Boyun ölçüsü bədənimizin sağlamlıq göstəricilərindən biridir. Qadınlarda normal ölçü 33–35 sm, kişilərdə isə 37–40 sm sayılır.
E-saglam.az xəbər verir ki, qalın boyun bədəndə artıq piyin və metabolik sindromun göstəricisi ola bilər. Bu vəziyyət diabet, yüksək təzyiq, xolesterol, qaraciyər piylənməsi və yuxu apnesi riskini artırır.
Həkimlər balanslı qidalanma, müntəzəm idman və keyfiyyətli yuxunun bu problemləri azalda biləcəyini bildirirlər.
İncə boyun isə bəzən qan azlığının əlamətidir. Bu halda dəmir və vitaminlə zəngin qidalar qəbul edilməlidir.
Bundan əlavə, boyunda şişlik və düyünlər guatrı göstərə bilər və həkim müayinəsi vacibdir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az