RU

ABŞ ordusu dörd qayığı vurub 14 ölü

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ ordusu beynəlxalq sulardakı narkotik qaçaqmalçılığına qarşı mübarizəni davam etdirir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

Onun sözlərinə görə, ABŞ ordusu tərəfindən dünən Sakit Okeanda keçirilən əməliyyatda narkotik qaçaqmalçıları tərəfindən istifadə edilən dörd qayıq hədəfə alınıb. Heqset əməliyyat zamanı 14 nəfərin öldüyünü bildirib.

P.Heqset əlavə edib ki, narkotik terrorçularına qarşı sona qədər mübarizə aparacaqlar:

“Biz öz ölkəmizi müdafiə edirik. Bu narkotik terrorçuları “Əl-Qaidə”dən daha çox amerikalı öldürüblər və onlara da eyni münasibət göstəriləcək”.

İsgəndər Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
525.az

1Источники