RU

“Bu, mənim üçün çox vacib idi” “Qəbələ”nin baş məşqçisi

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandamı təbrik edirəm. 3 gündən sonra növbəti oyuna çıxacağıq. Futbolçularımız yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
3
qol.az

4Источники