Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Barselona” mövsümün sonunadək ABŞ-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununu reallaşdıra bilməyib.
İdman.Biz xəbər verir ki, klub bunun əvəzinə dekabr ayının sonunda Cənubi Amerikaya – Peruyə səfər etməklə bağlı danışıqlar aparır.
Sözügedən görüş yoldaşlıq xarakteri daşıyacaq, lakin təşəbbüs maliyyə baxımından çox sərfəlidir. “Mundo Deportivo”nun məlumatına görə, Kataloniya təmsilçisinə bu matç üçün 7-8 milyon avro aralığında ödəniş təklif olunub.
Klubun bu matça getməsi ətrafında daxili narazılığın yaranması gözlənilmir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.