BAKI, 29 oktyabr. TELEQRAF
Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyi münasibətilə Bakıda Gülüstan sarayında qəbul təşkil edilib.
Teleqraf xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezident Rəcəb TayyibƏrdoğanın təbrik məktubunu oxuyub.
"Qələbə tariximizin ən yüksək nöqtələrindən biri olan bu mühüm gündə sərhədlərimiz daxilində yaşayan 86 milyon vətəndaşımızın hər birini, Kipr türk xalqını və xaricdəki qardaşlarımızı 29 oktyabr Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Eyni zamanda, sivilizasiyamızın bağını birlikdə becərdiyimiz, ortaq keçmişə və mədəni irsə sahib olduğumuz və sevincimizi bölüşdüyümüz bütün dostlarımızaöz adımdan və millətim adından minnətdarlığımı bildirirəm", - Türkiyə prezidentinin məktubunda deyilir.
Rəcəb TayyibƏrdoğanın məktubunda deyilir ki, Türkiyə Əsri üçün hədəflərimizə uyğun olaraq, müdafiə sənayesindən və iqtisadiyyatdan təhsilə, kənd təsərrüfatına, turizmə, enerjiyə və xarici siyasətə qədər hər sahədə çığır açan irəliləyişlər edirik:
"Eyni zamanda, 86 milyon insanımızın sülh, təhlükəsizlik, əmin-amanlıq və rifah içində yaşayacağı terrordan azad bir Türkiyəyə doğru qətiyyətli addımlar atırıq".
 
                        