RU

Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır

Vitse-prezident:

“Ukraynadakı müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq çətindir, lakin indi həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğun olaraq hərbi əməliyyatlara son qoymağın vaxtıdır”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D.Vens “Pod Force One” kanalına müsahibədə deyib.

Vitse-prezidentin sözlərinə görə, rusların əldə etdiyi ərazi olduqca kiçikdir və bu müddətdə onlar çoxlu insan itirirlər, ukraynalılar isə bir çox problemlərdən, xüsusən də enerji infrastrukturundan əziyyət çəkirlər.

“Əlbəttə ki, onların özləri də çoxlu müharibə itkisi veriblər. Biz həqiqətən inanırıq ki, həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğun olan döyüşlərə son qoymağın anıdır. Prezident Donald Tramp yalnız qapını aça bilər, amma heç bir tərəfi ora girməyə məcbur edə bilməz”, - J.D.Vens əlavə edib.

ELÇİN
Избранный
29
1
reyting.az

2Источники