RU

“Mançester Siti”nin üzvü: “Bir vaxtlar futboldan uzaqlaşıb basketbolla məşğul olmağı düşünürdüm”

"Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol karyerasının əvvəlində futboldan uzaqlaşmağı düşündüyünü etiraf edib.
 
Sitat.info xəbər verir ki, xorvatiyalı futbolçu BBC-yə müsahibəsində "Dinamo Zaqreb”də oynadığı illərdə basketbola olan marağı səbəbindən futbola davam etməkdə tərəddüd etdiyini deyib:
 
"Futbolu buraxmağı düşünürdüm, çünki basketbolu da çox sevirəm. Artıq məşqlərə gedəndə özümü xoşbəxt hiss etmirdim. Başqa yollar axtarırdım ki, özümü daha yaxşı hiss edim, çünki dostlarımın çoxu basketbolla məşğul olurdu”.
 
23 yaşlı müdafiəçi karyerasına "Dinamo Zaqreb”də başlayıb, daha sonra "Leypsiq”ə 16 milyon funt sterlinq qarşılığında keçərək xorvatiyalı gənclər arasında rekord transferə imza atıb.
 
2023-cü ildə "Mançester Siti”yə 77 milyon funt müqabilində transfer olunan Qvardiol hazırda Pep Qvardiolanın əsas oyunçularından biridir.
 
"Peşəkar futbolçu olmaq mənim arzum idi, amma bu qədər irəli gedəcəyim ağlıma belə gəlməzdi. Beş il əvvəl desəydilər ki, 2025-ci ildə "Mançester Siti”də oynayacağam, inanmazdım. Bu, mümkünsüz görünürdü”, – deyə futbolçu bildirib.
Избранный
27
1
sitat.info

2Источники