RU

"Futbolçularımız yaxşı təsir bağışladılar"

“Qəbələ”nin baş məşqçisii Kaxaber Tsxadadze Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, o, 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandamı təbrik edirəm. Üç gündən sonra növbəti oyuna çıxacağıq. Futbolçularımız yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.

AFFA-nın yığmaya cəlb etmək istədiyi futbolçu Rusiya millisində

"Sumqayıt"da oynamağa razı idi: Emil "sevda"sı qışa qaldı

AFFA nümayəndəsinə UEFA-dan təyinat

Məmmədov "Neftçi" haqda pozitiv düşünür: “Abubakarın gəlişi..."

Millimizin üzvü fərqləndi, komandası qələbə qazandı

Избранный
15
apasport.az

1Источники