Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Biz görürük ki, Brüssel Avropaya inteqrasiya ilə bağlı bütün məsələlərdən siyasi məqsədlər üçün istifadə edir, bütün məsələlər alətləşdirilir. Amma düşünmürəm ki, Avropa Komissiyasının hesabatı da bu istiqamətdə bir alət olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
“Avropa Komissiyasının növbəti hesabatının nə dərəcədə obyektiv ola biləcəyini təxmin etmək olsa da, sənəddə nəyin əks olunacağını əvvəlcədən söyləmək çətindir. Gələn həftə dərc olunacaq hesabatda obyektiv qiymətləndirmələr gözləmək çox çətindir”, - deyə Boçorişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.