RU

Toyundan bir gün sonra ölən qadının yaxın qohumundan AÇIQLAMAVİDEO

Astarada dünən toyu olan gəlin bu gün ölüb. 

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Dolu kəndində qeydə alınıb. Kənd sakini 17 yaşlı Əfsanə İmanova və 20 yaşlı Amil Gövziyevin toy məclisi olub. Hadisə də məclisdən sonra baş verib.

Astara rayon Mərkəzi Xəstəxanasına aparılan Əfsanə İmanova bu gün səhər saatlarında orada dünyasını dəyişib. Onun 29 həftəlik hamilə olduğu bildirilir.

Ərazi üzrə icra nümayəndəsi yetkinlik yaşına çatmayan qıza necə toy edilməsinə belə aydınlıq gətirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
15
xezerxeber.az

1Источники