
Fransa atom sualtı qayıqları üçün yeni nəsil M51 raketinin üçüncü modifikasiyasını istifadəyə verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyi bu addımı ölkənin nüvə qüvvələrinin modernləşdirilməsində əhəmiyyətli mərhələ kimi qiymətləndirib.
Almaniyanın "Bild" qəzeti xəbər verir ki, bu raketlər müasir nüvə başlıqları ilə təchiz edilib. Hərbi dairələr isə onların ötən versiyalara nisbətən həm uçuş məsafəsinə, həm də dəqiqliyə görə xeyli üstün olduğunu bildirirlər.
Fransanın dörd ədəd atom sualtı qayığı var və hər biri ballistik raketlər daşıyır. Onlardan biri daim döyüş növbəsində, suyun altında gizli mövqedə saxlanılır ki, ölkəyə hücum halında qarşılıqlı nüvə zərbəsi endirə bilsin.
