RU

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 3,75-4% aralığına endirib

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (Fed) uçot faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4% aralığına endirib.

Missiya.Az "Report" xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.

FOMC həmçinin balans aktivlərinin azaldılmasını dekabrın 1-də başa çatdıracağını açıqlayıb.

Əvvəlki iclasda faiz ötən ilin dekabr ayından bəri ilk dəfə olaraq endirilib.

Избранный
38
27
missiya.az

10Источники