RU

FIA Felipe Massanın iddiasına cavab verib

Braziliyalı sabiq Formula-1 pilotu Felipe Massa 2008-ci il mövsümünün nəticələrini etiraz edərək İngiltərədə məhkəmə iddiası qaldırıb.

90deqiqe.Az “Racingnews365”ə istinadən xəbər verir ki, Massa həmin mövsümdə çempionluğu özünə rəsmiləşdirməyi və təxminən 64 milyon funt (84,5 milyon dollar) məbləğində kompensasiya tələb edir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) isə iddiaya münasibət bildirib. Federasiya Massa iddiasını “çox mürəkkəb və həddən artıq ambisiyalı” adlandırıb:

“Massa 17 ildən artıq əvvəl, 28 sentyabr 2008-ci il tarixində keçirilmiş Sinqapur Qran-Prisinin nəticələrinə əsaslanaraq İngiltərə və Uels yurisdiksiyasında iddia qaldırır. O, yarış zamanı öz səhvlərini və ‘Ferrari’ komandası ilə bağlı uğursuzluqları nəzərə almır ki, bunlar da mövsümün yekun nəticəsində ikinci pilləyə səbəb olub.”

Избранный
42
90deqiqe.az

1Источники