RU

“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər" adlı sərgi açılıb (FOTO)

Bakı. Trend:

Noyabrın 2-dək paytaxtda keçiriləcək “Bakıya Uçuş. İncəsənətHəftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense theFuture NOW) layihəsi çərçivəsində “Nine Senses” Art Center”dəazərbaycanlı rəssam Ramina Səadətxanın "Od, Su və Öpüşlər" adlıfərdi sərgisi açılıb.

Trend xəbər verirki, sərginin əsas mövzusu beynəlxalq incəsənət ictimaiyyəti iləmənalı dialoq qurmağı hədəfləyən “Art Weekend” festivalınınsimvolik elementi olan su olub.

Ramina Səadətxanın yeni “Od, Su və Öpüşlər” silsiləsi, ruhutəmizləyən və insanı bədənin dilini anlamağa yaxınlaşdıran əsasünsürlərə - mahiyyətə toxunmaq üçün poetik bir cəhddir. “Od, Su vəÖpüşlər” ünsürləri vasitəsilə müəllif bədən və ruh, ünsürlər vəduyğular arasındakı dialoqu açaraq, tamaşaçıları əbədi hərəkətdənharmoniyanın yarandığı ziddiyyətlər dünyasına dəvət edir.

AZƏRTAC-ın müxbiri ilə söhbətdə R.Səadətxan yeni əsərlərsilsiləsinin ideyasının art festivalın təşkilatçıları tərəfindəntəklif olunan su mövzusundan qaynaqlandığını deyib. Lakin rəssam suilə odu qarşı-qarşıya qoyaraq və konsepsiyaya əksliklərinbirləşməsi metaforası kimi üçüncü simvolu - öpüşü əlavə etməklə buideyanı genişləndirmək qərarına gəldi.

Rəssamın sözlərinə görə, sərgi onun yaradıcı təcrübələrində vədaxili özünüdərketmədə növbəti mərhələ oldu.

“Mən daxili mənliyimi daha dərindən öyrənməyə çalışıram. Rəsmvasitəsilə niyə yaşadığımı və bundan sonra hara hərəkət etməliolduğumu daha yaxşı başa düşürəm. Bu, mənim üçün bir növmeditasiyadır. Rəsmsiz yaşanan bir gün, mənim üçün sanki heçyaşanmamış bir gün kimidir”, - deyə müəllif fikirlərinibölüşüb.

Tamaşaçıların reaksiyasından danışan R.Səadətxan vurğulayıb ki,hər bir rəsm əsəri şəxsi duyğular və interpretasiyalar üçün yerburaxır.

“İstərdim ki, tamaşaçı mənim daxili dünyamı hiss etsin. Hər birinsan rəsmləri özünəməxsus şəkildə görür - bəzən mənim özümün dərketmədiyim şeyləri görür. Onlar gizli mənalar tapırlar və bu, özümügetdikcə daha çox açmağa kömək edir”, - deyə rəssam qeyd edib.

Ramina Səadətxan A.Əzimov adına Rəssamlıq Kollecinin vəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onunyaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizmelementləri birləşir. Sərginin “Uomo Natura” adlı ilk hissəsihazırda “Art Center”in “Sea Breeze” istirahət mərkəzindəkifilialında nümayiş olunur. 2022-ci ildə onun “Xaosun enerjisi”əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan Pavilyonunda nümayişetdirilib və bu, rəssamın beynəlxalq yaradıcılıq bioqrafiyasındamühüm bir mərhələ olub.

Qeyd edək ki, “Od, Su və Öpüşlər” sərgisi “Art Weekend”proqramının bir hissəsidir.

Müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuşlayihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindənAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkilolunub.

Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin yaradıcısı və rəhbəriLeyla Əliyevadır.

“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
“Art
Избранный
17
4
az.trend.az

5Источники