RU

Kubada 735.000-dən çox insan təxliyə edildi: nə baş verir?

“Melissa” qasırğası Kubaya yaxınlaşır. Kuba prezidenti Miguel Dias-Kanel sosial mediada ölkə daxilində 735.000-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

Cənab Dias-Kanel qasırğaya cavab olaraq görülən tədbirlər barədə yerli əyalətlərlə razılaşdırıldığını təfərrüatlar vermədən bildirib və əlavə edib ki, “bütün Kuba üçün çox çətin bir gecə olacaq”.

“Melissa” qasırğası əvvəlcə 5-ci kateqoriyalı fırtına kimi təsnif edilmişdi. Lakin Kubaya yaxınlaşdıqca zəifləyərək 3-cü kateqoriyalı fırtınaya çevrilib. Meteoroloqlar daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq ediblər. Küləyin sürəti saatda 205 km-ə (125 mil) çatır.

Qeyd edək ki, “Melissa” dünən Yamayka sahillərinə çatıb və sakinləri ölkə daxilində təxminən 900 sığınacağa təxliyə olmağa çağırıblar. Qasırğanın bu gün Kubaya, cCümə axşamına qədər isə Baham adaları və Bermuda adalarına çatacağı proqnozlaşdırılır.

//Samir Qurbanov, Editor.az

Избранный
44
editor.az

1Источники