RU

Slovakiya piyadalar üçün sürət məhdudiyyəti tətbiq edir

Yeni qanuna görə, səkidə 6 km/saatdan artıq sürətlə hərəkət etmək qadağan olunacaq...

Poliqon  Politico məşrinə istinadən xəbər verir ki, Slovakiya parlamenti ölkə tarixində analoqu olmayan qərar qəbul edib. Qanun piyadalar üçün maksimal sürət həddi müəyyənləşdirib. Yeni qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən səkilərdə hərəkətin maksimal sürəti 6 km/saat olacaq.

Qanun yalnız piyadalara deyil, həm də velosipedçilərə, skeytbord, rolik və elektrik skuter sürücülərinə şamil olunur. Təşəbbüs müəllifləri bildirirlər ki, bu qərar son illərdə səkilərdə artan toqquşmaların qarşısını almağa yönəlib.

Lakin qanun layihəsinin icrası ilə bağlı suallar açıq qalır. Baş nazir Robert Fitsonun rəhbərlik etdiyi hökumətin üzvləri bu sürət məhdudiyyətinə necə nəzarət olunacağını hələ izah etməyiblər.

Ekspertlərin hesablamalarına görə, orta insanın yerimə sürəti 4–5 km/saat təşkil edir. Britaniya Ürək Fondu isə bildirir ki, fiziki cəhətdən sağlam şəxslər üçün 6,4 km/saat sürət “mülayim gəzinti” hesab olunur. Bu baxımdan, Slovakiyada qəbul edilən 6 km/saatlıq hədd “idman gəzintisini” qanunsuz edə bilər.

Müxalifət bu qərarı “bürokratik absurd” adlandıraraq tənqid edib və Daxili İşlər Nazirliyinə müraciət edərək, səkilərdə elektrik skuterlərinin hərəkətini məhdudlaşdırmağın daha məntiqli olacağını bildirib.

Yeni qanun ictimaiyyət arasında da geniş müzakirə doğurub. Sosial şəbəkələrdə slovaklar zarafatla “avtobusa qaçarkən cərimələnmək riski varmı?”, kimi suallar verirlər.

Poliqon.info

Избранный
52
poliqon.info

1Источники