RU

Xəzər Universiteti TÜRKÜNİB-ə üzv qəbul edilib

2025-ci il oktyabrın 15-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Daşkənd Beynəlxalq Universitetinin ev sahibliyi ilə Türk Universitetlər Birliyinin TÜRKÜNİB (Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali təhsil müəssisələrini birləşdirən Türk Universitetləri İttifaqı) Baş Assambleyasının 8-ci iclası keçirilib.

Beynəlxalq tədbirdə türk dövlətlərində fəaliyyət göstərən 70-dən çox universitetin rektoru və rəhbər heyəti iştirak edib.

Assambleyanın 8-ci iclasında ümumilikdə 62 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycanın 13 universiteti TÜRKÜNİB-ə yeni üzv qəbul olunub. Azərbaycandan qəbul edilən ali təhsil müəssisələri arasında Xəzər  Universiteti də vardır.

Baş Assambleyanın sessiyasında TÜRKÜNİB-in daimi katibliyinin və ORHUN mübadilə proqramı fondunun yaradılması təklif olunub.

Tədbir çərçivəsində üzv universitetlər arasında elm və təhsil sahəsində proqramların uyğunlaşdırılması, tələbə və müəllim mübadilələrinin artırılması, eləcə də birgə akademik fəaliyyət, layihə və konfransların təşkili, həmçinin mədəniyyət, elm və idman sahələrində müsabiqələrin keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Избранный
13
4
tehsil.biz

10Источники