Gəncədə qəza olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əzizəliyev prosktində qeydə alınıb.
Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Qəzadan sonra avtomobillərin biri idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Nəticədə 2003-cü il təvəllüdlü E.Çobanzadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır bildirilir.
Faktla bağlı araşdırma aparılır.