RU

Liqa Kuboku: “Nyukasl” “Tottenhem”i mübarizədən kənarlaşdırdı VİDEO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl” və “Tottenhem” üz-üzə gəliblər.

İdman.Biz bildirir ki, komandalar İngiltərənin Nyukasl şəhərindəki “St. James' Park” stadionunda oynayıblar. Ev sahibi komanda 2-0 hesabı ilə qalib gəlib.

24-cü dəqiqədə müdafiəçi Fabian Şar “Nyukasl”ı hesabda irəli çıxarıb. 50-ci dəqiqədə hücumçu Nik Voltemade ev sahibi komandanın üstünlüyünü ikiqat artıraraq yekun hesabı təsdiqləyib.

Liga Kubokunun 1/16 mərhələsində “Nyukasl” “Bredford Sity”ni 4-1 hesabı ilə məğlub edib. “Tottenhem” isə “Donçester Rovers”ə 3-0 hesabı ilə qalib gəlib.

Hazırda İngiltərə Liqa Kubokunun sahibi finalda “Liverpul”u 2-1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
icma.az

2Источники