BAKI, 30 oktyabr. TELEQRAF
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən genişmiqyaslı polis əməliyyatında 120-dən çox insan ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Əməliyyat 28-29 oktyabr tarixlərində şəhərin şimalındakı Alemao və Penya favelalarında narkokartel “Qırmızı Komanda”ya qarşı həyata keçirilib. Təxminən 2,5 min hüquq-mühafizə orqanları əməkdaşı əməliyyata cəlb olunub.
Rəsmi məlumatlara görə, əməliyyat zamanı 119 nəfər həlak olub, vəkillərin məlumatına görə isə ölü sayının 130-dan çox olduğu bildirilir. Həmçinin 118 silah (avtomatlar və partlayıcı maddələr daxil olmaqla) götürülüb, 113 nəfər həbs olunub, onlardan 10-u yeniyetmədir.
Rio-de-Janeyro administrasiyası xəbər verir ki, əməliyyat şəhərdə keçiriləcək BMT-nin iqlim konfransı öncəsi baş tutub.
Braziliya ədliyyə naziri Rikardo Levandovski zərərçəkmişlərin yaxınlarına həmrəylik ifadə edib. Prezident Luis İnasio Lula da Silva həlak olanların sayından dərin təəssüfünü bildirib.
BMT Baş katibi Antoniu Quterreş də ölü sayı ilə bağlı dərin narahatlığını ifadə edib, Braziliya hakimiyyətlərini insan hüquqlarına hörmət etməyə və baş verənləri araşdırmağa çağırıb.
Əməliyyat həmçinin çoxsaylı insan hüquqları təşkilatları tərəfindən pislənilib.
 
                        