RU

Tramp ABŞ da nüvə silahlarının sınaqlarına dərhal başlanmasını tapşırıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 30 oktyabr, AZƏRTAC

ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, bu vəziyyət onun ilk prezidentliyi dövründə mövcud nüvə silahlarının tam yenilənməsi və modernləşdirilməsi nəticəsində əldə edilib.

“Nəhəng dağıdıcı gücə malik olduğuna görə bunu etmək istəməzdim, amma başqa seçimim yox idi. Rusiya bizdən sonra ikinci, Çin isə üçüncü yerdədir. Bu, hələ 5 il ərzində belə olacaq. Digər ölkələr sınaq proqramları həyata keçirdiyi üçün mən Müdafiə Departamentinə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
2
azertag.az

9Источники