RU

Daha sağlam həyatın sirri araşdırılıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Böyük Britaniyada aparılan geniş tədqiqat göstərib ki, yeriməyin tərzi, yəni addımların necə atılması ümumi addım sayından belə vacib ola bilər. UK Biobank məlumatlarına əsaslanan araşdırmada 33 min 560 yetkinin gündəlik hərəkət nümunələri və sağlamlıq vəziyyəti 9,5 il ərzində izlənilib. Nəticədə məlum olub ki, daha uzun fasiləsiz gəzintiləri (məsələn, 10-15 dəqiqə və ya daha çox davam edən) üstün tutan insanlar, qısa və tez-tez gəzənlərlə müqayisədə həm ölüm, həm də ürək-damar xəstəlikləri riskini xeyli azaldırlar.

AZƏRTAC “SciTechDaily” saytına istinadla xəbər verir ki, nəticələrə əsasən, 5 dəqiqədən az yeriyənlərdə ölüm riski 4,36 faiz, 10-15 dəqiqə yeriyənlərdə 1,53 faiz, 15 dəqiqə və daha çox yeriyənlərdə cəmi 0,80 faiz, ürək-damar xəstəlikləri üçün risk fərqi isə daha da böyük olub. Mütəxəssislər bildirirlər ki, bu nəticələr xüsusilə az aktiv və oturaq həyat tərzi keçirən insanlar üçün önəmlidir. Onlara gündəlik rejimlərinə məqsədyönlü, fasiləsiz gəzintilər əlavə etmək tövsiyə olunur.

Избранный
26
3
azertag.az

4Источники