RU

Meta-nın xalis mənfəəti kəskin azalıb

Facebook, Instagram və WhatsApp-ın sahibi Meta 2025-ci ilin üçüncü rübünə (iyul-sentyabr) dair maliyyə nəticələrini açıqlayıb.

Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövrünə nisbətən 26% artaraq 51,2 milyard dollara çatıb (ötən il 40,6 milyard dollar).

Lakin Meta-nın xalis mənfəəti 83% azalaraq 2,7 milyard dollara düşüb. Şirkət ötən ilin eyni dövründə 15,7 milyard dollar mənfəət əldə etmişdi.

Səhmlərin hər birinə düşən mənfəət 6,03 dollardan 1,05 dollara geriləyib.

Meta, ilin dördüncü rübündə 56–59 milyard dollar arası gəlir gözlədiyini bildirib.

 

 

Избранный
45
marja.az

1Источники