Gündüzlər normal yer kimi görünən bu ərazi axşamlar keçilməz olur…
Ulusal.az xəbər verir ki, söhbət paytaxtın Nərimanov rayonu Montin qəsəbəsi, Şahin Mustafayev küçəsindən gedir. Səbəb isə daşan kanalizasiya quyusudur.
Sakinlərin sözlərinə görə, 1 aya yaxındır çirkab sular küçəyə dolur, üfunət narahatlıq yaradır.
Onlar deyir ki, gündüzlər aidiyyəti qurumun əmədaşları daşan çirkab suları təmizləyirlər. Lakin, qısa müddət sonra yenə eyni vəziyyət təkrarlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.