RU

Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü mərasimində iştirak edib (FOTO)

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri ŞeyxülislamAllahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin 60-cıildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak edib.

Trend xəbərverir ki, Vatikanın VI Pavel zalında baş tutan “Ümid üçün birgəaddımlamaq” adlı tədbirdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoqüzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad vəXristian Birliyinin Təşviqi üzrə Dikasteriyanın prefekti kardinalKurt Kox salamlama nitqi ilə çıxış ediblər.

Daha sonra Roma Papası XIV Leo çıxış edərək son illərdə KatolikKilsəsi ilə digər dinlər, o cümlədən İslam dini arasında dərin vədavamlı əlaqələrin qurulduğunu deyib, bu dialoqun təşviqi üçünçalışan hər kəsə təşəkkür edib.

2019-cu ildə Əbu-Dabidə mərhum Papa Fransisk və Əl-Əzhərin böyükimamı Əhməd Əl-Tayyibin imzaladığı İnsan qardaşlığına dair tarixisənədin əhəmiyyəti qeyd olunub. Pontifik insanları zorakılığı vəədalətsizliyi pisləməyə, bölünmələrə qarşı çıxmağa və sülhü təbliğetməyə səsləyib.

Təxminən iki minədək insanın qatıldığı tədbirdə müxtəlifölkələrin dini liderləri və Müqəddəs Taxt-Tacda akkreditə olunmuşdiplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Nostra Aetate” Roma Katolik Kilsəsininqeyri-xristian dinləri ilə əlaqələrinin bünövrəsini formalaşdıranII Vatikan Şurasının əsas sənədidir.

Allahşükür
Allahşükür
Allahşükür
Allahşükür
Allahşükür
Allahşükür
Избранный
4
8
az.trend.az

9Источники