RU

Siqaret qanda ölümcül laxtalanmaya yol açır– Həkim xəbərdarlıq edib

Damar laxtalanması (tromboz) insan həyatı üçün ən təhlükəli hallar sırasında yer alır. AzPost KP.RU saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının akademiki, tanınmış kardioloq Yelena Qoluxova siqaretin damar sisteminə zərər verərək ölümcül laxtalanmalara səbəb ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, trombozun qarşısını almağın əsas yollarından biri siqaretdən tamamilə imtina etməkdir. O qeyd edib ki, tütün tüstüsü damarların daxili qişasını zədələyir və bu zədələnmiş hissələrə xolesterin yığılar, nəticədə laxtaların əmələ gəlməsi sürətlənər.

Qoluxova bu prosesi “uşaqlıqda kristallar yaratmaq oyununa” bənzədib – zədələnmiş damara yad maddələrin yapışması, laxtalanmanın başlanğıc mərhələsini təşkil edir.

Həkimin sözlərinə görə, trombozun yaranması üçün adətən üç əsas amil mövcuddur. Bunlar damar divarının zədələnməsi, qan dövranının yavaşıması və qanın laxtalanma sistemində pozulmadır. Bu amillər birlikdə “Virxov triadası” kimi tanınır.

Qoluxova əlavə edib ki, tromb orqanizmin təbii müdafiə reaksiyasıdır – qanaxma zamanı onu dayandırmaq məqsədilə yaranır. Lakin bəzi hallarda bu mexanizm zərərli hala çevrilərək həyati vacib damarların tutulmasına və ciddi fəsadlara səbəb olur.

Alim həmçinin xatırladıb ki, koronavirus infeksiyası dövründə tromboz riski xeyli artmışdı. Xüsusilə pandemiyanın ilk iki dalğasında xəstələrdə qan laxtalanması hallarının çoxaldığı müşahidə olunub.

AzPost.az

Избранный
17
1
azpost.info

2Источники