
ABŞ Prezidenti Donald Tramp ölkəsinin 30 ildən sonra nüvə silahı sınaqlarını bərpa etməsi barədə göstəriş verib.
Misisya.Az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, qərar Rusiya və Çin kimi ölkələrin sınaq proqramlarında irəliləyişinə cavab olaraq qəbul edilib.
“Müdafiə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırmışam" , – Tramp qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, ölkəsi dünyada ən çox nüvə silahına malik dövlətdir. ABŞ-nin sonuncu nüvə sınağı 1992-ci ildə Nevada ştatında keçirilib.
Tramp bildirib ki, prosesin dərhal başlayacağını gözləyir və nüvə arsenalının yenilənməsinin zəruri olduğunu düşünür.
Seyranə Quliyeva Missiya.Az
