ABŞ prezidenti Donald Tramp “dərhal ABŞ-nin nüvə silahlarının sınaqlarına başlamaq” barədə Pentaqona göstəriş verdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp öz “Truth” sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, “Birləşmiş Ştatlar hər hansı digər ölkədən daha çox nüvə silahına malikdir” və ölkə onun ilk prezidentliyi müddətində “mövcud silahların tam yenilənməsi və modernləşdirilməsi də daxil olmaqla” buna nail olub.
“Rusiya ikinci yeri tutur, Çin isə uzaq üçüncü yerdədir, lakin 5 ildən sonra birinci yerə çıxacaq. Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, mən Müdafiə Nazirliyinə bərabər şərtlərlə nüvə silahlarımızın sınaqlarına başlamağı tapşırmışam.
Bu proses dərhal başlayacaq”, – ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, Tramp avqust ayında bəyan etmişdi ki, ölkəsi Rusiya ilə nüvə münaqişəsinə tam hazırdır.
Xatirə SADİQ