RU

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinin icrasına başlanıldı Foto

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinin icrasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.

İlk təlim Lənkəran rayonu Şürük kənd tam orta məktəbində keçirilib. Tədbirdə “Aztelekom”un mütəxəssisləri tərəfindən şagird və müəllim heyətinə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdim olunub.

İki gün davam edən sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib. Təlimlərə, həmçinin Lənkəran rayonunun qonşu kənd məktəblərinin – Türkəkəran, Səpnəkəran, Şıxakəran, Tütəpeştə və Viyən kəndlərinin müəllim və şagirdləri də qatılıblar.

Layihə çərçivəsində növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
2
qafqazinfo.az

4Источники