RU

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - FOTO

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə başlanılıb.

Missiya.Az xəbər verir ki, Prezident.az saytında onunla bağlı bütün məlumatlar silinib.

Belə ki, saytın axtarış sistemində Ramiz Mehdiyevin adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.

Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir.

Qeyd edək ki, Ramiz Mehdiyev 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə "Şərəf" ordeni, 2018-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Избранный
12
missiya.az

1Источники