RU

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

ŞƏMKİR, 30 oktyabr. TELEQRAF

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyin olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu vəzifəyə vəzifəyə Samirə Kazımova təyin edilib. S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstənasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.

Избранный
23
19
teleqraf.com

10Источники