RU

Gürcüstanda 3 müxalifət partiyası qadağan ediləcək? – Baş nazirdən AÇIQLAMA

“Konstitusiya Məhkəməsinə verdiyimiz iddia ilə sübut edirik ki, üç müxalifət partiyasının
qadağan edilməsinin zərurəti yaranıb”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, həmin partiyalar hər dəfə seçkilərin nəticələrini tanımayıb və son illər ərzində beş dəfə inqilab cəhdi, yəni konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi və ya devrilməsi təşəbbüsü göstəriblər.

“Konstitusiya iddiamızın əsas dayaqlarından biri də xaricdən xalq tərəfindən seçilmiş hakimiyyəti, Gürcüstan xalqını və dövlətimizi cəzalandırmaq cəhdlərinin davamlı olmasıdır,” — deyə Kobaxidze vurğulayıb.

Bizim.Media

Избранный
22
2
bizim.media

3Источники