2024-cü ildə Rusiya dollar milyarderlərinin sayına görə Böyük Britaniyanı ötüb və qlobal reytinqdə dördüncü yerə yüksəlib...
Poliqon xəbər verir ki, bu barədə "Altrata"nın 2025-ci il Milyarderlər Siyahısınaalınması hesabatında bildirilib.
Nəşr qeyd edir ki, Rusiyada milyarderlərin sayı il ərzində 8,5% artaraq 128 nəfərə çatıb. Şirkət onların ümumi sərvətinin 457 milyard dollara çatacağını təxmin edir.
Böyük Britaniyada bu rəqəm 4,9% artıb. "Altrata" qeyd edib ki, krallıqdakı milyarderlərin sayı da 128 nəfərə çatıb və ümumi sərvəti 323 milyard dollar təşkil edib.
Reytinqə ABŞ (1135 milyarder), Çin (321) və Almaniya (184) başçılıq edir. Hindistan və Braziliyada müvafiq olaraq 3,1% və 3,6% azalma müşahidə olunub.
Poliqon.info
 
                        