RU

“Ukraynanı ciddi müzakirə elədik, Si kömək edəcək” –TRAMP

“Ukrayna məsələsi çox ciddi müzakirə edildi. Biz bu barədə ətraflı danışdıq. Və hər ikimiz bir yerdə işləməyə hazırlaşırıq. Çalışaq görək bu məsələdə nəyəsə nail ola bilərikmi…”.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Cənubi Koreyanı tərk edərkən təyyarədə jurnalistlərə bildirib.

“Si bizə kömək etməyə hazırlaşır. Biz razılaşdıq ki, hər iki tərəf bu savaşda ilişib qalıblar, döyüşürlər. Bəzən sadəcə döyüşmək xətrinə döyüşürlər. Bu, ağılsızlıqdır. Amma Si bizə kömək edəcək. Biz Ukrayna ilə bağlı birlikdə çalışacağıq. Edə bilmədiyimiz çox şey var. Onlar uzun müddətdir Rusiyadan neft alırlar və bu, Çinin ehtiyaclarının əhəmiyyətli bir hissəsini ödəyir. Deyə bilərəm ki, Hindistan bu məsələdə düzgün iş görür. Amma biz əslində nefti müzakirə etmədik. Bu müharibəyə son qoymaq üçün birlikdə işləmək barədə danışdıq.”

Donald Tramp həmçinin Çin prezidenti Si Cinpinlə danışıqlardan sonra iki tərəfin “demək olar ki, bütün məsələlər”: ticarət, nadir torpaq metalları və ABŞ-a fentanil tədarükü üzrə razılığa gəldiyini bildirib. Tramp əlavə edib ki, aprel ayında Pekinə səfər etmək niyyətindədir.

AzPost.az

Избранный
4
azpost.info

1Источники