RU

NBA: “Denver Naqqets”dən asan qələbə, “Bruklin Nets”dən ardıcıl 5-ci məğlubiyyət

Bakı, 30 oktyabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə on qarşılaşma baş tutub.

“Denver Naqqets” doğma meydanda "Nyu Orleans Pelikans"a 122:88 hesabı ilə qalib gələrək, Qərb Konfransının turnir cədvəlində dördüncü yerə yüksəlib.

“Bruklin Nets” isə evdə “Atlanta Huks”a 112:117 hesabı ilə uduzaraq, bu mövsüm ardıcıl beşinci məğlubiyyətini alıb.

Matçların nəticələri

"Toronto Reptors” - "Hyuston Rokets" – 121:139

“Boston Seltiks” – “Klivlend Kavalyers” – 125:105

“Çikaqo Bullz” – “Sakremento” – 126:113

“Denver Naqqets” – "Nyu Orleans Pelikans" – 122:88

"Minnesota" - “Los-Anceles Leykers” – 115:116

“Detroit Pistons” - “Orlando Mecik” – 135:116

“Bruklin Nets” - “Atlanta Huks” – 112:117

“Maveriks” - “İndiana Peysers” – 107:105

“Yuta Cazz” - “Portlend Treil Bleyzers” – 134:136

“Finiks Sanz” - “Memfis Qrizzlis” – 113:114.

Избранный
20
2
azertag.az

3Источники