Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 30 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Asiya turnesi çərçivəsində iş qrafikinin sıx olduğu üçün Şimali Koreya lideri Kim Çen Inla əlaqə saxlaya bilmədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bunu Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə deyib. “Düşünürəm ki, Kim Çen Inla görüşsəydim, bu, Çin lideri ilə görüşə hörmətsizlik olardı. Kim Çen Ina gəlincə, mən bu məsələyə hələ qayıdacağam”, - deyə Donald Tramp Cənubi Koreyanın Busan şəhərində ÇXR sədri Si Cinpinlə görüşünü şərh edərkən söyləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        