RU

Qazaxıstan Hərbi Donanmasının Xəzər dənizində qış hazırlığı

BAKI, 30 oktyabr. TELEQRAF

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Xəzər dənizində qarşıdan gələn qış dövrünə plan hazırlığı başa çatmaq üzrədir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırlıq çərçivəsində gəmilərin qış şəraitində etibarlı istismarını təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilib. Gəmilərin xarici görünüşü, illüminatorların və lyukların möhkəmliyi yoxlanılıb, göyərtə mexanizmləri təmizlənib və yağlanıb. Artilleriya sistemləri və kiçikçaplı silah qurğuları təmizlənərək mühafizə olunub.

Hərbi Dəniz Qüvvələrinin bütün növləri - raket və artilleriya gəmiləri, patrul və desant katerləri, həmçinin hidroqrafik gəmilər qışa hazırlanır. Bundan əlavə, lövbər və göyərtə avadanlığının yoxlanılması, həmçinin buzqıran avadanlıqların hazırlanması işləri aparılır.

Kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Heyətlər qış geyimləri ilə təmin olunub, yeni isti geyim və kostyum modelləri sınaqdan keçirilib.

Bildirilib ki, qış dövründə dəniz səfərlərinin sayının azalmasına baxmayaraq, Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizinin Qazaxıstan sektorunda təhlükəsizliyin təmin edilməsi və əlverişli əməliyyat vəziyyətinin saxlanması kimi əsas vəzifələrini tam şəkildə yerinə yetirməyə davam edəcək.

“Qış hazırlığı təkcə texniki xidmət deyil, dəniz texnikasının döyüşə hazırlığının mühüm tərkib hissəsidir”, - donanmanın 3-cü dərəcəli kapitanı Yermek Ospanov deyib.

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin 100-dən çox müxtəlif silah və hərbi texnikası qış istifadəsinə verilib.

Избранный
16
teleqraf.com

1Источники