ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllının Diyallı kəndində bir yaşlı qız su arxına düşərək vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, “Baku TV” hadisənin baş verdiyi yerdən süjet hazırlayıb.
Qonşu Əmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisəyə uşağın 2-3 dəqiqə ərzində anasının gözündən yayınması səbəb olub: “Yoldaşı hadisə vaxtı işdə olub, heyvanları yaylağa aparıb. Anasının həyətdə başı qarışıb, gözündən yayınıb. Nəticədə uşaq suya düşüb boğulub”.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Daha ətraflı videomaterialda:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        