Yaponiyanın Mərkəzi Bankı ( (Bank of Japan- BOJ) cümə axşamı günü faiz dərəcələrini artırmaqdan çəkinib, lakin iqtisadiyyat proqnozlara uyğun hərəkət etdiyi təqdirdə borc xərclərini artırmaq öhdəliyini təkrar edib.
Marja xəbər verir ki, gözlənildiyi kimi, mərkəzi bank qısamüddətli faiz dərəcələrini 0,5% səviyyəsində saxlayıb.
İdarə heyətinin üzvləri Naoki Tamura və Hajime Takata qərara etiraz edərək sentyabr ayında irəli sürdükləri faizləri 0,75%-ə qaldırmaq təkliflərini təkrar ediblər.