RU

Bu il DTX tərəfindən saxlanılan icra başçıları

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

"Unikal"ın məlumatına görə, icra başçısının korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı qeyd edilir.

Bundan əvvəl isə cari ilin 20 iyun tarixində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat çərçivəsində saxlanılıb. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən Musa Şaban oğlu Şəkiliyev vəzifəsindən azad edilib.

O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. İyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Seymur Əli

 

Избранный
12
24
unikal.az

10Источники