RU

Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapılıb

Rusiyanın Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanlı iş adamı İlqar Xanadanov ölü tapılıb.

Rusiya mediasının məlumatına görə, 49 yaşlı iş adamı 24 oktyabrda Zareçnı şəhərində yoxa çıxıb. Beş günlük axtarışdan sonra ailəsinə onun meyitinin tapıldığı bildirilib.

"Artıq bunun qətl olduğu təsdiqlənib və iş üzrə araşdırma aparılır. Vida mərasimi Zareçnıda keçiriləcək, daha sonra meyit Azərbaycana aparılacaq. Ərimi doğmalarının yanında dəfn edəcəyik", - deyə iş adamının həyat yoldaşı Tatyana bildirib.

İlkin məlumata görə, qatil Zareçnidə kafe sahibi Pavel T. olub. Onun Xanadanovdan 2 milyon rubl borc götürdüyü və pulu qaytarmaq istəmədiyi bildirilib. Bu səbəbdən onlar arasında münaqişə yaranıb. Pavel arxadan balta ilə onun başına vurub. Daha sonra cəsədi İlqarın "Mercedes"inə qoyaraq maşını meşəyə aparıb.

İstintaq Komitəsi Cinayət Məcəlləsinin 105-ci maddəsi "qətl" ilə cinayət işi açıb. Pavel barəsində tezliklə həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Onu 15 ilə qədər həbs cəzası gözləyir.



Избранный
17
10
herbiand.az

10Источники