RU

Vətəndaşlar bu halda CƏRİMƏLƏNƏ BİLƏR - Deputatdan AÇIQLAMA

"İşəgötürənin vətəndaşı (işçini) cərimələmək hüququ yoxdur".

Milli Məclisin deputatı Vüqar Bayramov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Vətəndaşın cərimələnməsi yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bu, müvafiq dövlət qurumları tərəfindən, müəyyən edilmiş qaydaların pozulması halında həyata keçirilə bilər. Məsələn, yol hərəkəti qaydalarının pozulması zamanı vətəndaş yalnız səlahiyyətli dövlət orqanı tərəfindən cərimələnə bilər.

İşəgötürənin vətəndaşı (işçini) cərimələmək hüququ yoxdur, çünki belə bir səlahiyyət qanunla ona verilməyib. İşəgötürən yalnız əmək münasibətləri çərçivəsində – məsələn, əməkhaqqını artırmaq, azaltmaq, kompensasiya ödəmək və ya intizam tənbehi vermək kimi – qərarlar qəbul edə bilər.

Beləliklə, vətəndaşların cərimələnməsi məsələsi yalnız dövlət orqanlarının səlahiyyətinə daxildir və işəgötürən tərəfindən bu cür tədbirin görülməsi qanunsuz hesab olunur."

Избранный
29
news365.az

1Источники