Bakıda üç nəfərin üzərinə çinar aşıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Y.Məmmədəliyev küçəsi, ev 7-nin qarşısında güclü külək nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılovanın, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderevin və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynovun üzərinə çinar aşıb.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
                        