ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Dünya Bankı Əmtəə Bazarlarındakı vəziyyətlə bağlı hesabat yayıb.
Oxu.Az xəbər verir ki, hesabata əsasən, əmtəə qiymətləri bu il 7%, 2026-cı ildə də əlavə 7% aşağı düşəcək.
Hesabatda bildirilir ki, enerji qiymətlərindəki eniş ümumi ucuzlaşmanın əsas səbəbidir. Zəif qlobal iqtisadi artım və izafi neft təklifi bazara təzyiq göstərir.
Neftin qiyməti 2026-cı ildə isə 60 dollara qədər düşəcəyi proqnozlaşdırılır. Bunun səbəbləri kimi Çində zəif tələbat artımı, elektrikli nəqliyyat vasitələrinin sürətli yayılması və qlobal təklifin artması göstərilir. Avropa İttifaqının Rusiya qazından imtina planları fonunda qədim qitədə təbii qaz qiymətlərinin 2026-cı və 2027-ci illərdə təxminən 11% və 9% azalacağı gözlənilir.
Ümumi iqtisadi zəifliyə baxmayaraq, bəzi metalların qiymətinin yüksələcəyi gözlənilir. Belə ki, geosiyasi qeyri-müəyyənlik, mərkəzi bankların aktiv alışları və yumşaldılmış pul-kredit siyasəti fonunda qızıl və gümüş qiymətlərinin 2026-cı ildə rekord səviyyəyə çata bilər. Həmçinin elektrikli nəqliyyat və bərpa olunan enerji sektoruna artan qlobal sərmayə tələbatı ilə əlaqədar, mis və qalay kimi yaşıl keçid üçün kritik metalların qiymətləri yeni rekordlar qıracağı gözlənilir.
Dünya Bankı gələn ilin iqtisadi proqnozları üçün risk faktorlarını da qeyd edib. Belə ki, qlobal iqtisadi artımın zəif olması, xüsusən Çində əmlak sektorundakı durğunluq metal və enerji qiymətlərini daha da aşağı sala bilər. Həmçinin, geosiyasi gərginlik və əlavə sanksiyalar neft və qaz təchizatına təsir edərək qiymətləri artırmaqla qızıla tələbatı yüksəldə bilər. O cümlədən süni intellektin (AI) inkişafı fonunda məlumat mərkəzlərinin sürətli qurulması təbii qaz və bəzi metallara tələbatı artıraraq qiymətlərin dəyişməsinə səbəb olacağı gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.