RU

Ermənilərin Qarabağa qayıtması: İrəvandan gözlənilməz qərar

Ermənistanda hakim Mülki Müqavilə fraksiyası Qarabağdan köçən ermənilərin geri qayıtması ilə bağlı qətnaməyə qarşı çıxıb.

Turkustan.az xəbər verir ki, təklifin müəllifləri deputatlar Artur Xaçatryan, Anna Qriqoryan, Elinar Vardanyan, Ayk Mamicanyan və Avropa Parlamentinin iki sosialist üzvü olub.

Sənəddə Azərbaycandan beynəlxalq təhlükəsizlik zəmanətləri çərçivəsində Qarabağ ermənilərinin kollektiv şəkildə əraziyə qayıtma hüququnun təmin olunması tələb edilib. Lakin Ermənistanın hakim partiyası bu layihəyə qarşı çıxıb.

Qeyd edək ki, rəsmi Bakı ermənilərin Qarabağa qayıtmaq hüququnu tanıdığını dəfələrlə bəyan edib. /globalinfo.az/

Избранный
17
turkustan.az

1Источники