RU

İsrail etiraz etdi, Türkiyədə hazırlıq başladı

BAKI, 30 oktyabr. TELEQRAF

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında atəşkəs rejiminin monitorinqi üçün beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması ilə bağlı xarici tərəfdaşlarla təmasları davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk jurnalistlərə bildirib.

“Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması ilə bağlı həmkarlarımızla təmaslar davam edir. Türkiyə Silahlı Qüvvələri müvafiq dövlət orqanları ilə koordinasiyada hazırlıqları davam etdirir, atəşkəs sazişinin müəlliflərindən biri kimi digər ölkələrlə diplomatik və hərbi məsləhətləşmələri aparır”, - Aktürk vurğulayıb.

Xatırladaq ki, İsrail xarici işlər naziri Gideon Saar bundan əvvəl Türkiyənin sözügedən beynəlxalq missiyada mümkün iştirakına etiraz etmişdi.

Избранный
17
2
teleqraf.com

3Источники