Uzaqmənzilli “Flaminqo” raketlər istehsal edən Ukraynanın “Fire Point” şirkəti Ukrayna ərazisində sınaqlar keçirmək imkanına malik deyil.
Herbiand.az bildirir ki, bunu şirkətin texniki direktoru İrina Terexin deyib.
“Hərbi əməliyyatlar və tez-tez hava həyəcanları səbəbindən ərazimizdə sınaqlar keçirə bilmirik” - Terexin etiraf edib.
O vurğulayıb ki, hasilatı Rusiya Silahlı Qüvvələrinin hücumlarından qorumaq üçün şirkət öz potensialını paylamağa məcburdur ki, bu da xeyli xərc tələb edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski “Flaminqo” raketlərinin istehsalında texnoloji problem yarandığını etiraf edib.
Bəxtiyar CƏFƏRLİ
 
                        