RU

Paşinyanın komandası İrəvanda Bakıya qarşı bu təxribatın da qarşısını aldı

Avronest Parlament Assambleyasının (PA) İrəvanda keçirilən sessiyası zamanı Azərbaycana qarşı təxribatın qarşısı alınıb.

Publika.az xəbər verir ki, Ermənistan parlamentində keçirilən sessiyada erməni deputatlar Avronest PA-ya “ermənilərin Qarabağa yenidən köçürülməsi hüququ” haqda təklif təqdim ediblər.

“Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Anna Qriqoryan, Elinar Vardanyan, Hayk Mamicanyanın hazırladığı təklifdə “ermənilərin beynəlxalq zəmanət altında Qarabağa qayıdışı” irəli sürülür. Lakin hakim “Mülki müqavilə” partiyasından olan deputatlar bu təklifin əleyhinə səs veriblər, eyni zamanda, avropalı deputatları da dəstəkləməməyə çağırıblar.

“Müxtəlif ölkələrin deputatlarından öyrəndik ki, “Mülki müqavilə” üzvlərinin mövqeyi onların təklifə qarşı çıxmasına zəmin yaradıb”, - Xaçatryan deyib.

Избранный
23
publika.az

1Источники