RU

Xəstəxanalarda növbələr belə aradan qaldırılır

Müraciətlərin sayının artması ilə əlaqədar növbələr yaranır. Növbələrin aradan qaldırılması məqsədilə işlər görülür və tibb müəssisələrinə növbə terminalları quraşdırılıb.

Gundem.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə yeni tibb müəssisələri istifadəyə verilib:

"Tibbi xidmətlərin əlçatanlığının artırılması ilə bağlı müvafiq tapşırıqlar icra olunur. Artıq tibbi xidmətlərin çeşidi də genişlənib. Əvvəllər dövlət tibb müəssisələrində ay ərzində icbari tibbi sığorta çərçivəsində 200-300 müraciət qeydə alınırdısa, indi bu rəqəm 2-3 min civarındadır".

Избранный
27
3
gundem.az

4Источники